"Qazaxıstan modernləşmə və tərəqqi yolunda inamla davam edəcək" - Qazaxıstan səfiri 

11:24 07.01.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Yeni, 2021-ci ilin başlanğıcı Qazaxıstanda Parlamentin aşağı palatasına və yerli nümayəndəlik orqanları – maslihatlara seçkiləri ilə əlamətdardır. 10 yanvar tarixində, təxminən 11 milyon seçici Bakıdakı səfirliyimiz də daxil olmaqla, ölkədə və onun hüdudları kənarında yerləşən 10 min seçki məntəqələrində səs vermək imkanını əldə edəcəklər. Maraqlıdır ki, konstitusion tarixlərdə və COVID-19 pandemiyası şəraitində maksimal təhlükəsizlik tədbirləri şəraitində keçiriləcək seçkilər yeni, 2021-ci ildə dünyada ilk parlament seçkiləri olacaq".

Hafta.az-ın yazdığına görə, bu sözlər Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimovun qələmə aldığı məqalədə deyilir.

Qeyd olunur ki, rəqabət Məclisdəki 107 deputat yeri uğrunda gedəcək, onlardan 98 nəfər 7 faizlik baryeri keçən partiya siyahılara daxil edilən namizədlər arasından seçiləcək. Daha 9 deputat Konstitusiya statusuna malik və 120 millətin nümayəndəsi olan Qazaxıstan vətəndaşlarının maraqlarının təmsilini təmin edən, unikal istitut olan Xalq Assambleyası tərəfindən seçilir. Səfir qeyd edir ki, koronavirus pandemiyası ilə həm Qazaxıstanda, həm də bütün dünyada artlq bir ildir davam edən mübarizə, seçki keçirilən ölkədə qeydə alınmış altı partiyadan beşinin bu kampaniyada fəallığına ciddi təsir göstərib. "Lakin, 2016-cı ildə parlament seçkilərindən kəskin şəkildə fərqlənən indiki elektoral kampaniyasının digər xüsusiyyətləri də var. Söhbət, son ilyarım müddət ərzində, Prezident Kasım-Jomart Tokayevin 2019-cu ilin iyununda baş tutan andiçmə mərasimindən sonra başladığı və Qazaxıstanda demokratik prosedurların və vətəndaş cəmiyyətinin daha da möhkəmlənməsinə yönəlmiş qanunverici islahatlardan gedir.

Belə ki, yeni qəbul olunmuş qanunlara əsasən, 18,5 milyon nəfər əhalisi olan və ərazisinə görə dünyanın doqquzuncu ən böyük ölkəsində siyasi partiyaların qeydiyyata alınması üçün tələb edilən imzaların sayı iki dəfə azaldılıb (40 mindən 20 minədək). Bu, yeni partiyanın təsis edilməsini əhəmiyyətli dərəcədə asanlaşdırır və bir neçə birlik qeydiyyatdan keçmək istəyini bildirib. Qadınların və cavanların siyasətlə məşğul olmasını və qərarların qəbulu üzrə demokratik prosesdə onların rolunun gücləndirilməsini təmin edən yeni prinsiplər qanun şəklində tətbiq edildi. Bundan sonra, siyasi partiyaların Parlamentə namizədlərin siyahısında qadınların və 29 yaşına qədər cavanların olması ilə bağlı 30 faizlik icbari kvotalar tətbiq edildi. Bu norma, ümumilikdə 312 namizəddən ibarət seçki siyahısını seçicilərin ixtiyarına verən bütün beş partiya tərəfindən icra olunur.

Məclisin rəhbər strukturlarında parlament azlığının təmsil olunmasının əlavə zəmanətlərin təsbitini nəzərdə tutan parlament müxalifəti institutu qanun şəklində təsdiqləndi. Belə ki, Məclisin bir komitə sədri və iki müxtəlif komitənin katibləri parlament müxalifəti tərəfindən irəli sürülən deputatların siyahısından seçiləcək" deyilən məqalədə bildirilir ki, İfadə azadlığı hüququnun həyata keçirilməsi üçün daha da əlverişli şəraitlərin yaradılması məqsədilə dinc toplaşmaların təşkili və keçirilməsi qaydaları haqqında Qanuna düzəlişlər də qəbul edilib. Düzəlişlər Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktının və İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının əsas müddəalara uyğundur. Bundan sonra, dinc toplaşmaların keçirilməsi niyyəti barədə hakimiyyətə bildirilməsi üçün vaxt xeyli azaldılıb. İndi, vətəndaşlar, ilkin olaraq tətbiqlənən 15 günlük müddətdən fərqli olaraq, tədbirin keçirilməsinə 5 gün qalmış bunu etməlidirlər.

 "Bütün bu islahatlar və ölüm cəzasının ləğvi anlamına gələn Qazaxıstanın bu yaxınlarda yuxarında qeyd olunan Paktının İkinci fakultativ protokola qoşulması kimi ölkənin siyasi həyatında digər dəyişikliklər, prezident Tokayevin elan etdiyi “eşidən dövlət” konsepsiyasını əks etdirirlər. Bu konsepsiyaya əsasən, əhalinin fikirlərin sadəcə qeydə alınmasından savayı, dövlət, siyasi qərarların qəbul edilməsi prosesində ictimai rəyi aktiv şəkildə nəzərə alır. Partiyalar seçicilərin səsləri uğrunda həm offlayn, həm də pandemiya məhdudiyyətləri şəraitində xüsusilə tələb olunan onlayn rejimində aktiv şəkildə mübarizə aparırdılar. Partiyaların liderləri və nümayəndələri arasında ümummilli telekanalların efirində debatların bir neçə raundu keçirilib. Bunun xüsusiyyəti, həmçinin, bundan öncə baş tutan iki partiyaların rebrendinqi və hakim “Nur Otan” partiyasında ümummilli praymerizlərin keçirilməsi olub. Seçki kampaniyasını ölkədə fəaliyyət göstərən 3000 kütləvi informasiya vasitələrin çoxusu fəal şəkildə işıqlandırır", - məqalədə qeyd olunur.

Qazaxıstanlı diplomat qeyd ki, partiyaların təqdim etdiyi seçki platformaları ölkə qarşısında dayanan tapşırıqların və problemlərin həlli ilə bağlı prinsipial şəkildə fərqli həll yolları təklif edir, əsas məsələdə onlar ümumi sosial istiqamətə yönələn mövqedə dururlar. Onlar, həmçinin, hesab edirlər ki, modernləşmə, vətəndaş institutların və demokratiyanın gücləndirilməsi yolu ilə hərəkət etməsi ölkənin dayanıqlı iqtisadi inkişafını və qazaxıstanlıların rifah halının artımını təmin edə bilər. Dövlət başçısı Kasım-Jomart Tokayev məhz bu mövqeyi tutur. Məqalənin sonunda deyilir ki, seçkilərin nəticələrindən asılı olmayaraq, onun, xüsusən pandemiya ili ərzində ölkənin üzləşdiyi müasir çətinliklərin aşması üçün tələb olunan miqyaslı islahatların kursu ali qanunverici orqanı və seçki nəticələri əsasında formalaşan hökumət tərəfindən bundan sonra da dəstək alacaq. "Bu o deməkdir ki, ölkəmiz, Azərbaycanın da daxil olmaqla, bir çox ölkələrdən və 11 beynəlxalq təşkilatlardan gələcək təqribən 400 müşahidəçilərin iştirakı ilə, yüksək demokratik standartlarına uyğun keçirtmək niyyətində olduğu seçkilərdən sonra Qazaxıstan modernləşmə və tərəqqi yolu ilə inamlı hərəkət etməsini davam edəcək", - məqalədə yazılır.