"Qəbələ" Azərbaycan kubokunun qalibi oldu

22:47 03.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan kubokunun 2023-cü il üzrə qalibi müəyyənləşib.

Hafta.az xəbər verir ki, həlledici görüşdə "Neftçi" və "Qəbələ" üz-üzə gəlib. "Bakcell Arena"da keçirilən görüşün əsas vaxtında komandalar qapılara yol tapa bilməyiblər. Əlavə vaxtda "Qəbələ"dən İsnik Alimi 102-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Nəticədə "Qəbələ" Azərbaycan kubokunun sahibi olub.

Qeyd edək ki, bu günədək “Neftçi” 6 dəfə, “Qəbələ” isə 1 dəfə Azərbaycan kubokunun sahibi olub.

Azərbaycan kuboku - Final

"Neftçi" - "Qəbələ" - 0:1
Qol: İsnik Alimi, 102-pen. (0:1)

"Bakcell Arena".

Oxunma sayı 157