"Qəbələ" vahid lider oldu, "Zirə" "Sumqayıt"la heç-heçə etdi

23:08 21.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub.

Hafta.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib. 

"Kəpəz" "Qəbələ"ni qəbul edib. Oyun "Qəbələ"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra xallarını 9-a yüksəldən "qırmızı qaralar" top fərqində "Sabah"ı qabaqlayaraq vahid lider olublar.

Günün digər oyununda "Sumqayıt" "Zirə"nin qonağı olub. Oyunda qol vurulmayıb.

21 avqust (bazar)

“Zirə” – “Sumqayıt” - 0:0 
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Rahil Ramazanov, Cavid Cəlilov
“Dalğa Arena”.

“Kəpəz” – “Qəbələ” - 0:3 

Qollar: Məqsəd İsayev, 18, Ramon Maçado, 27, Rövlan Muradov, 57
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rövşən Rəcəbov
Qəbələ şəhər stadionu.

20 avqust (şənbə)

“Sabah” – “Neftçi” - 2:1

19 avqust (cümə)

“Şamaxı” – “Səbail” - 1:1 

Avqustun 19-da keçirilməli olan "Turan Tovuz" - "Qarabağ" matçı Ağdam təmsilçisinin müraciətinə və Tovuz klubunun razılığına əsasən təxirə salınıb.