Yazını böyüt
Yazını kiçilt
UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçirilir.
Hafta.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçilərindən ilk olaraq "Sabah" meydana çıxıb.
Murad Musayevin komandası Bakıda RFS-i qəbul edib. Latviyadakı ilk matçda 2:0 hesablı qələbə qazanan "Sabah" bu oyunda da qələbə qazanıb. Komandamızın 3-cü mərhələdəki rəqibi Serbiya "Partizan"ı olacaq. "Sabah" ilk matçını evdə keçirəcək.
Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
"Sabah" (Azərbaycan) - RFS (Latviya) - 2:1
Qollar: Yanis İkaunieks, 67 (0:1), Coy-Lens Mikels, 77 (1:1), Emmanuel Apeh, 90+4 (2:1)
Qırmızı vərəqə: Artur Zjuzins, 33 (RFS)
Baş hakim - Fedayi San (İsveçrə)
İlk oyun - 2:0