"Sabah" "Levski" səddini keçə biləcəkmi? - Bu gün bəlli olacaq

09:34 14.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün UEFA Konfrans Liqasında üçüncü təsnifat mərhələsinə yekun vurulacaq.

Hafta.az xəbər verir ki, bu mərhələdə təmsilçimiz "Sabah" "Levski" ilə cavab matçına çıxacaq.

Görüş saat 20:00-da başlayacaq. Komandalar arasında Bolqarıstanda keçirilən ilk görüşdə "Levski" minimalhesablı qələbə qazanıb. Meydan sahibləri 90+8-ci dəqiqədə fərqlənə biliblər.

Qeyd edək ki, cütün qalibi pley-off mərhələsində AZ (Alkmar, Niderland) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.

14 avqust

UEFA Konfrans Liqası

III təsnifat mərhələsinin cavab oyunları

20:00. "Sabah" (Azərbaycan) - "Levski" (Bolqarıstan)

İlk oyun - 0:1