"Şahdağ" Milli Parkının ərazisində yanğın olub

23:16 08.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında "Şahdağ" Milli Parkının ərazisində 4 ha sahədə kol-kos, quru ot və ağac qırıntıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, yanğın saat 19:00 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

 

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Oxunma sayı 2708