"Saxta referendumlar və səfərbərlik Rusiyanın zəifliyinin əlamətidir" - ABŞ səfiri

12:42 21.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Rusiyanın elan etdiyi qismən səfərbərliyə və psevdoreferendum çağırışlarına baxmayaraq, ABŞ Ukraynanı dəstəkləməyə davam edəcək".

Hafta.az-ın yazdığına görə, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink “Twitter” səhifəsində yazıb.

"Saxta referendumlar və səfərbərlik Rusiyanın zəifliyi və uğursuzluğunun əlamətidir. Birləşmiş Ştatlar Rusiyanın ilhaq edildiyi iddia olunan Ukrayna ərazisi ilə bağlı iddialarını heç vaxt tanımayacaq və biz lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəyik", - mesajda deyilir.

Xatırladaq ki, Dövlət Katibi Entoni Blinken də Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərini psevdoreferendumlar yolu ilə ilhaq etmək niyyətini pisləyib. Bildirib ki, bu qərar və daha böyük ehtiyatları səfərbər etmək niyyəti BMT prinsiplərinə etinasızlığın açıq nümayişidir.

Yeri gəlmişkən, Almaniya kansleri Olaf Şolz BMT Baş Assambleyasındakı çıxışında Kremlin şərtləri ilə müharibənin bitməsini qəbul etməyin mümkün olmadığını bildirmişdi.

Oxunma sayı 3262