"Seçkiləri izləmək üçün Azərbaycandan Qazaxıstana 8 müşahidəçi gələcək" - Səfir

16:55 16.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycandan Qazaxıstana prezident seçkilərini izləmək üçün müşahidəçi missiyası göndəriləcək”.

Hafta.az-ın yazdığına görə, bunu Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkərimov Qazaxıstanda keçiriləcək prezident seçkilərinə həsr olunmuş mətbuat konfransında deyib.

"Bu müstəqil olduğu dövrdə Qazaxıstanda keçiriləcək sayca 7-ci prezident seçkiləri olacaq. Dövlət başçısı postu uğrunda müxtəlif siyasi baxışlara malik 6 namizəd mübarizə aparır ki, onlardan 2-si qadındır. Çünki Qazaxıstan uzun illərdir gender bərabərliyi üzərində işləyir", - səfir bildirib.

Onun sözlərinə görə, seçkilərə 641 müşahidəçinin gələcəyi gözlənilir ki, onlardan 109-u 35 xarici ölkədən, o cümlədən 8-i Azərbaycandandır.

"Gələn il Qazaxıstanda parlament seçkilərin keçirilməsi gözlənilir. Qarşıdakı dövr Qazaxıstan üçün çox vacibdir, ona görə də biz həm prezident, həm də parlament seçkilərində yüksək fəallığın olacağına ümid edirik", - səfir bildirib.

S.Abdıkarimov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin siyasi islahatlarla bağlı 4 paketi irəli sürdüyünü xatırladıb: "Bura partiyalar üçün qeydiyyat həddinin 20 min nəfərdən 5 min nəfərə endirilməsi, partiyaların seçki siyahılarında qadınlar və gənclər üçün 30 faizlik kvotanın tətbiqi, Konstitusiya Məhkəməsinin bərpası, regionlarda akimlərin seçilməsi üçün alternativ seçkilərin keçirilməsi və sair daxildir".

Siyasət rubrikasından digər xəbərlər