"Siyəzən Broyler"də yanğın

10:18 19.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Siyəzən rayonunun Siyəzən kəndində, "Siyəzən Broyler" ASC-nin ərazisində ümumi sahəsi 1120 m² olan quşçuluq sexinin dam örtüyünün yanar konstruksiyaları 650 m² sahədə, içərisində elektrik naqilləri 80 p.m, havalandırma qurğuları, plastik su və yem qabları yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.