"Taliban" Əfqanıstanın Cəlalabad şəhərini ələ keçirib

09:21 15.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Taliban" radikal hərəkatı Əfqanıstanın şərqində yerləşən Nəngərhar əyalətinin inzibati mərkəzi olan Cəlalabad şəhərini ələ keçirib.

Hafta.az-ın məlumatına görə, bu barədə "Reuters"a agentliyinə sözügedən şəhərdə olan Əfqanıstan rəsmisi deyib.

Onun sözlərinə görə, şəhərin qubernatoru "Taliban"a təslim olub və artıq toqquşmalar dayanıb. O qeyd edib ki, şəhər dinc sakinləri xilas etmək üçün təslim edilib.