"Taxta bazarı"ndakı yanğın məhdudlaşdırılıb

09:57 23.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda "taxta bazarı"ndakı yanğın məhdudlaşdırılıb.

FHN Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın baş verib. Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.