"Tottenhem"dən yeni Premyer Liqa rekordu

19:25 17.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Tottenhem" Premyer Liqa tarixinin yeni rekorduna imza atıb.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisi buna 5-ci turda "Şeffild Yunayted"lə matçda imza atıb. 

Angelos Postekoğlunun komandası 0:1 hesabı ilə geridə olsa da,  90+8-ci dəqiqədə hesabı bərabərləşdiib. "Tottenhem" daha sonra 90+10-da qələbə qolunu vurub.

Bununla da klub Premyer Liqa tarixinin ən gec geri dönüşünə imza atıb.