"Toyota Prado" "KaMAZ"a çırpılıb, 4 nəfər xəsarət alıb

23:56 02.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Xocahəsən qəsəbəsində "Toyota Prado" markalı avtomobil arxadan "KaMAZ" markalı yük maşınına çırpılıb.

Hadisə nəticəsində 4 nəfər - 1977-ci il təvəllüdlü Kəlbiyev Zaur Hacıbala oğlu, 1964-cü il təvəllüdlü Quliyev Aqət, 2001-ci il təvəllüdlü Kəlbiyev Rafəddin Elşən oğlu, 1971-ci il təvəllüdlü Əsgərov Elçin Əsgər oglu xəsarət alıblar.  

Yaralılar xəstəxanaya yerləşdirilib.