"Turan Tovuz" albaniyalı hücumçu transfer etdi

17:24 22.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Turan Tovuz" növbəti transferini həyata keçirib.

Hafta.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Skenderbeu"dan Belaydi Pusini transfer edib.

Albaniyalı hücumçu ilə 6 ay +1 il müddətində rəsmi müqavilə bağlanıb. Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, müqavilənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.

“Vllazniya”nın yetirməsi olan 25 yaşlı futbolçu, son olaraq “Skenderbeu”nun formasını geyinib. O, bu mövsüm meydana çıxdığı 12 oyunda, 6 qol vurub.