"Vardanyanın Qarabağa gəlişi erməni gicliyidir"

16:54 08.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

RF-nın vətəndaşı erməni əsilli millyader Ruben Vardanyanın birdən birə, gözlənilmədən Qarabağda peyda olması və Rusiya Federasiyası vətəndaşlığından imtina edərək “ öz xalqı” ilə birgə yaşamağa qərar verməsi çox gülünc səslənir.

Bu fikirləri hafta.az-a Azərbaycan KP MK-nın sədri Rauf Qurbanov bildirib:

"Bütün dünya dövlətləri Qarabağın Azərbaycan Respublikasının ərazisi olduğunu qəbul etdiyi bir halda və Ermənistanın Baş naziri Nikol Paşinyanın bu yaxınlarda 2022-ci ilin sonuna kimi Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağı barədə mövqe sərgilədiyi bir zamanda erməni əsilli millyarderin Azərbaycan Respublikasının müvafiq orqanlarının xəbəri olmadan, daha doğrusu onların icazəsi almadan Azərbaycan ərazisidə yaşamağa qərar verməsi erməni bicliyində daha çox erməni gicliyinə oxşayır.

Vardanyan yəqin özüdə yaxşı anlayır ki, Qarabağ müstəqil ərazi – inzibati vahidlik deyil, Azərbaycan Respublikasının tərkib hissəsidir. Vardanyanın AR müvafiq orqanlarının razılığı və icazəsi olmadan Azərbaycanda yaşaması ciddi qaunun pozuntusudur və heç bir hüquqi əsası yoxdur".

Siyasət rubrikasından digər xəbərlər