“Əgər polis vətəndaşa müraciət edirsə ki, bu qaydaya əməl et, yəni çölə çıxma, vətəndaş dərhal onu anlayışla qəbul etməli, ona normal cavab verib və tələbini yerinə yetirməlidir. Əgər tələbi yerinə yetirmirsə, polis məcburdur ki, onu şöbəyə aparsın, orada protokol imzalansın və Azərbaycan Respunlikasının qanunvericiliyinə uyğun olaraq, müvafiq addımlar atsın. Buna görə də mən çox istərdim ki, sosial şəbəkələrdə dəyərli vətəndaşlarımız məsələnin mahiyyətini bilib qanunvericilik baxımından yanaşsınlar və bizim polislərimizin fədakarləğına kölgə salmasınlar. Polislər bunu vətəndaşların xəstələnməməsi və həyatlarını dəyişməməsi üçün edir. Azərbaycan bu bəladan az itkilərlə çıxa bilsin".
Bunu hafta.az-a açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib. O bildirib ki, Vətəndaşlarımız polisi deyil, qanunlara riayət etməyənləri günahlandırsınlar: "Polis üzərinə düşən vəzifəni yerinə yetirib. İndiki çətin vəziyyətdə vətəndaşların protokol qaydasında cərimələnməsi səlahiyyəti polisə verilib. Bunun məhkəyə getməsi uzun sürən prosedurdur. Ona görə də bu cür yanaşmanının hüquqi əsası yoxdur".
Fəzail Ağamalı Yasamal rayonunda karantin rejimi qaydalarına əməl etməyən vətəndaşlarla polis arasında yaşanan qarşıdurmaya münasibət bildirərkən deyib: “Azərbaycan qanunvericiliyə görə, polis karantin rejimi qaydalarını pozanları cərimələmək və ya cəzalandırmaqla bağlı təşəbbüs irəli sürə bilər. Cərimələr polisin səlahiyyətindədir, inzibati cəza, yəni 10-15 günlük cəzasnın verilməsi isə məhkəmə tərəfindən həyata keçirilir. Cərimələrin ödənilməsi birbaşa protokollaşdırılır. Azərbaycan polisi karantin rejimi dövründə çox böyük fədakarlıq nümayiş etdirdi. Mart ayında maariflənmə işinin aparılması, insanlara qarşı yüksək mədəniyyət, təmkin nümayiş etdirməklə, tibb işçiləri ilə yanaşı onların gərgin əməyi sayəsində ölkəmizdə koronavirusun geniş miqyasda yayılmasının qarşısı xeyli dərəcədə alındı. Daha sonra karantin rejiminin yumşalması zamanı təəssüf ki, yoluxma sayı fərqli bir dinamikaya keçdi. Yoluxanların sayı artdı, sağalanların sayı azaldı. Ölənlərin də sayı, demək olar ki, hər gün artmaqdadır”.
Deputat hesab edir ki, maariflənmə işi daha geniş şəkildə aparılmalıdır ki, polisin tələblərinə riayət edilsin: "Riayət etməyənlər də polis tərəfindən müvafiq qaydada intizama dəvət edilkdikdə digər vətəndaşlarımız polisi deyil, qanunlara riayət etməyənləri günahlandırsınlar".