"WhatsApp" yeni qaydalarını qəbul etməyən istifadəçilərə məhdudiyyətlər tətbiq edir

09:00 15.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"WhatsApp" sosial şəbəkəsi yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçilərdə tətbiqinin funksiyalarını məhdudlaşdıracaq.

"Facebook"-un yaydığı məlumata görə, bu gündən "WhatsApp" tətbiqdən mesajları oxuma və göndərmə funksiyalarını məhdudlaşdıracaq. Bundan əlavə, 120 gündən sonra messencer yeni qaydaları qəbul etməyən istifadəçinin qeydiyyat hesabını silə bilər.

Xatırladaq ki, "WhatsApp" qeydiyyat müqaviləsinə fərdi məlumatların "Facebook"a köçürülməsinə dair bənd əlavə edərək istifadəçilərinin tənqidinə səbəb olub.