"Xalqımız dövlətdən və müstəqillikdən vaz keçməyəcək" - prezident Ersin Tatar

13:07 01.08.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar, 1 avqust yayımladığı 1 Ağustos Sosial Müqavimət Günü münasibətilə cəmiyyətə ünvanladığı müraciətdə bir sıra məqamlara aydınlıq gətirib.

Hafta.az-ın yazdığına görə, hazırda yunan Kiprinin, Yunanıstanın və Avropa Birliyinin qızğın müzakirə predmeti olan məsələyə - adanın statusuna toxunan dövlət başçısı deyib ki, onlar dövlətdən və müstəqillikdən vaz keçməyəcəklər. 

"Arada nəinki 450 il, minlərlə il ötsə də, Kıprıs türk xalqı bu torpaqlarda sonsuzadək yaşayacaq, bayraqlarımız göylərdən enməyəcək, azan səsi susmayacaq" deyən E.Tatar əlavə edib ki, Kıprısın türklər tərəfindən fəthinin 450-ci, Türk Müqavimət Təşkilatının 63-cü, Təhlükəsizlik Qüvvələri Komandanlığının 45-ci quruluş ildönümü sayılan 1 Avqust Sosial Müqavimət Gününü şanlı tarixlərindən və milli mücadilələrindən aldıqları güclə bir daha böyük coşqu və həyəcanla qeyd edirlər.

"Kıprıs türklər tərəfindən 1 avqust 1571-ci ildə 80 min şəhid verilərək fəth edilirkən, Venesiya idarəetməsində zülm və basqı altında yaşayanlara ədalət və hüzur gətirilib, atalarımız Anadoludan gələrək bu torpaqlara yerləşib. Soyumuzun, qanımızın, köklərimizin olduğu yer Anadoludur. Bu səbəblə türk oğlu türk olmakqan qürur duyuruq", - E.Tatar bildirib.

Prezident qeyd edib ki, 307 il türk idarəetməsində qalan Kıprısda ədalət, hüzur və təhlükəsizlik hakim olub. Amma 1878-ci ildə başlayan ingilis müstəmləkə idarəçiliyi zamanı xalqımız çeşidli basqı və təhdidlərlə ENOSİS təhlükəsi ilə üz-üzə qaldı. Buna baxmayaraq, xalq bir an belə Anadoludan ümidini kəsməmiş, böyük bir iman və əzmlə mücadiləsinə davam edib.

"Kıprıs türk xalqı bu günlərə rahat gəlməyib. Bunun bədəli çox ağır olub. Övladlarımız Məhmətciklə birgə şəhid oldular. Ölkəmizin və KKTC-nin təməlində qan və can var. Bu səbəblə də kimsə bizdən 1974-cü ildən əvvələ dönməyimizi, federasiya fırıldağı altında dövlətimizdən və müstəqilliyimizdən vaz keçməyimizi, yunanların içində etnik azlıq olmağımızı gözləməsin. Kıprıs türk xalqı bu torpaqlarda yunan tərəfin iddia etdiyi kimi, "qonaq və azlıq" deyil, 1571-ci ildən bu yana ən azı onlar qədər haqq sahibidir. Bütün dünya da bunu belə bilməlidir", - deyib prezident E.Tatar. 

Oxunma sayı 1867
Siyasət rubrikasından digər xəbərlər