"Xarici siyasətçilər birbaşa siyasi səhnəyə çıxırlar" - İrakli Kobaxidze 

11:00 15.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Parlament binasının qarşısında, səhnədə bu gün xarici təsirin şəffaflığını görürük. Xarici siyasətçilər birbaşa siyasi səhnəyə çıxırlar".

Hafta.az-ın yazdığına görə, bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Kobaxidze, kənardan kollektiv “Milli Hərəkat”ın xeyrinə Gürcüstanın daxili siyasətinə müdaxiləyə cəhd etmələrinin qəbuledilməz olduğunu bildirib.

“Səhnəyə konkret ölkələrin deputatları çıxarkən baş verənlərə gəlincə, prinsipcə, dırnaqarası rus qanunu ilə biz bunu tələb edirdik - bu, xarici təsirin şəffaflığıdır. Parlament binasının qarşısında, səhnədə bu gün xarici təsirin şəffaflığını görürük, xarici siyasətçilər birbaşa siyasi səhnəyə çıxırlar, lüstrasiyanın miqyasını təsəvvür edin. Təbii ki, kənardan kollektiv “Milli Hərəkat”ın xeyrinə Gürcüstanın daxili siyasətinə müdaxiləyə cəhdlər qətiyyən yolverilməzdir. Bu, hər şeyin lüstrasiyasıdır. Qalanları ilə bağlı cəmiyyət öz rəyini verəcək”, - İrakli Kobaxidze qeyd edib.

Gürcüstanda səfərdə olan Avropa İttifaqına üzv beş ölkənin xarici işlər komitələrinin sədrləri Rustavelidə davam edən aksiyaya qatılaraq çıxış ediblər.

Siyasət rubrikasından digər xəbərlər