"Xorvatiya" "Braziliya"nı məğlub edərək yarımfinala yüksəlib -VİDEO

22:22 09.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının 1/4 final mərhələsinin ilk oyunu keçirilib.

Hafta.az xəbər verir ki, Braziliya və Xorvatiya millilərinin qarşılaşdığı oyunun əsas vaxtı 0:0 hesablı heç-heçə ilə bitib. Oyunda əlavə vaxt oynanılıb.

Əlavə vaxtın ilk hissəsinin sonunda Neymar fərqlənərək komandasını hesabda önə çıxarıb - 1:0. Lakin əlavə vaxtın ikinci hissəsinin sonlarında B.Petkoviç Braziliyanın qapısına yol taparaq hesabı bərabərləşdirib - 1:1.

Beləliklə, oyun penalti seriyasına uzanıb. Penalti seriyasında Xorvatiya millisi qələbə qazanaraq Dünya Çempionatının yarımfinal mərhələsinə yüksəlib.

Ad - 0

 

Xorvatiya millisinin yarımfinaldakı rəqibi Niderland-Argentina cütünün qalibi olacaq.