"Yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm" - İran parlamentinin sədri

10:53 10.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Azərbaycana səfər edəcək.

Hafta.az-ın yazdığına görə, bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. "Yaxın gələcəkdə Azərbaycana səfər edəcəyəm. Hesab edirəm ki, iki ölkə arasında anlaşılmazlıq aradan qalxıb" deyən İran parlamentinin spikeri azərbaycanlı həmkarı xanım Sahibə Qafarova ilə görüşərək bir sıra məsələləri müzakirə edəcəyini də bildirib.

"Son vaxtlar Azərbaycan Respublikası ilə İran arasında bir sıra anlaşılmazlıqlar yaranmışdı. Amma bunlar artıq keçmişdə qalıb və yaxın vaxtlarda Bakıya səfərim bunu sübut edəcək", - o deyib. 

Siyasət rubrikasından digər xəbərlər