"Yuventus" 12 il sonra ilk dəfə ÇL-də oynamayacaq

16:08 29.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Yuventus" A Seriyasındakı çıxışının nəticələrinə və xalların silinməsinə görə Çempionlar Liqasına vəsiqə qazana bilməyib.

Hafta.az xəbər verir ki, Massimiliano Alleqrinin komandası A seriyasının 37-ci turu çərçivəsində səfərdə "Milan"a uduzub (0:1).

Maliyyə saxtakarlığına görə 10 xal silinməsindən sonra "Yuventus"un 59 xalı qalıb.

Turin təmsilçisi 2010/11 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasında oynamayacaq. Komanda A Seriyasında 7-ci yeri tutub. “Yuventus”un hələ də avrokuboklara düşmək şansı var. Çünki onlar 6-cı yerdəki  "Roma"dan cəmi 1 xal, 5-ci "Atalanta"dan 2 xal geri qalırlar.

A Seriyasının son turunda “Yuventus” səfərdə “Udineze” ilə qarşılaşacaq.

Oxunma sayı 157