"Zəfər" Amnistiyası tətbiq edilənlərin son sayı

17:49 18.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 18-nə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri tərəfindən "8 Noyabr -Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında" Milli Məclisin 5 noyabr 2021-ci il tarixli Qərarı 9263 nəfərə tətbiq edilib.

 

Bu barədə Ədliyyə Nazirliyindən hafta.az-a verilən məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, onlardan 4022-si Penitensiar, 5235-i Probasiya xidmətləri tərəfindən tətbiq edilib.

 

Həmçinin, amnistiyanın tətbiqi nəticəsində 7529 nəfər ayrı-ayrı cəzalardan azad edilib, 1728 nəfərin isə cəzası azaldılıb.