Ronaldo karyerasında 976-cı qolunu vurub

09:02 03.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo karyerası ərzində 976-cı qolunu vurub.

Hafta.az xəbər verir ki, 41 yaşlı hücumçu DÇ-2026-nın 1/16 final mərhələsinin Xorvatiya ilə oyununda fərqlənib.

Təcrübəli forvard 68-ci dəqiqədə penaltidən fərqlənib.

Bu, həmçinin ulduz futbolçunun mundiallar tarixinin pley-off mərhələsində ilk qolu olub.

Bu qolla matçda hesabı bərabərləşdirən Ronaldo dünya çempionatlarında pley-offda rəqib qapılarına yol tapan ən yaşlı oyunçu kimi tarixə düşüb.

Hücumçu 81-ci dəqiqədə Ruben Neveşlə əvəzlənib.