Venesuelada zəlzələ qurbanlarının sayı 2595 oldu

10:14 03.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Venesuelada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2595-ə çatıb.

Hafta.az xəbər verir ki, bu barədə ölkənin müvəqqəti prezidenti Delsi Rodriges məlumat verib.

 

Hadisə zamanı yaralananların sayı isə 12400-ə çatıb.

"Bütün Venesuela səhiyyə sistemi hazırda mövcud olan 12400 yaralını müalicə etmək üçün səfərbər olunub", - Rodriges deyib.