Argentina dünya çempionatının debütantı Kabo-Verde ilə üz-üzə gəlir

11:34 03.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin son üç görüşü keçiriləcək.

Hafta.az xəbər verir ki, günün ilk qarşılaşmasında Avstraliya millisi Misir yığması ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

İyulun 4-nə keçən gecə isə Argentina millisi mundialın debütantı Kabo-Verde ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 02:00-da başlayacaq.

Günün son matçında Kolumbiya və Qana yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Görüşün start fiti Bakı vaxtı ilə saat 05:30-da səslənəcək.

Bu qarşılaşmalardan sonra dünya çempionatının 1/8 final mərhələsinin son üç iştirakçısı müəyyənləşəcək.

Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika, İngiltərə, Belçika, ABŞ, İspaniya, Portuqaliya və İsveçrə milliləri 1/8 finala vəsiqə qazanıblar.