Yazını böyüt
Yazını kiçilt
Bu gün Azərbaycan təmsilçisi "Zirə" Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Hafta.az xəbər verir ki, paytaxt klubu evdə "Osiyek"i (Xorvatiya) qəbul edib.
"Dalğa Arena"da keçiriləcək görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda qol vurulmadığından matçın taleyi penaltilər seriyasında həll olunub. Burada daha dəqiq olan "Zirə" (2:1) pley-offa yüksəlib. Komanda pley-offda "Omoniya" (Kipr) ilə üz-üzə gələcək.
15 avqust, cavab oyunu
"Zirə" (Azərbaycan) - "Osiyek" (Xorvatiya) - 2:2 (Penaltilər seriyası - 2:1)
Qollar: Vedran Jukoviç, 37 (0:1), Qismət Alıyev, 55-pen. (1:1), Anton Matkovic, 81 (1:2), Davot Volkov, 90 (2:2)
İlk oyun - 1:1