1,5 litr Coca-Colanı 10 dəqiqədə içdi - ÖLDÜ

16:18 25.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çində 22 yaşlı bir gənc 10 dəqiqədə 1,5 litr Coca-Cola içib və bir gün sonra gözlənilmədən ölüb. Hafta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Şəxsiyyəti məlum olmayan adam Coca-Cola içdikdən 6 saat sonra şiddətli ağrıdan və mədəsinin şişməsindən şikayətlənərək xəstəxanaya gedib. Xəstəxana həkimlərinə deyi ki, isti havada sərinləmək üçün tez bir litr yarım litr kola içib.

Müayinə və testlər zamanı çinliyə pnevmatoz diaqnozu qoyulub - bağırsaq divarında hava kistlərinin əmələ gəlməsi və qaraciyər infarktı - qeyri -kafi qan və ya oksigen tədarükündən yaranan qaraciyər zədələnməsi. Həkimlər xəstəyə lazımi yardım göstərsələr də, 12 saatdan sonra vəziyyəti yenidən pisləşib və analizlər qaraciyərin ciddi şəkildə zədələndiyini göstərib. Adam altı saat sonra ölüb.

Həkimlər deyirlər ki, çinli kola tez içdiyi üçün bədənində çox miqdarda karbon qazı yığılıb və bu da qaraciyərdə oksigen aclığına səbəb olub və ölümə aparıb. Bağırsaqlardan qazın qaraciyərin əsas qan damarlarından biri olan portal damarına sızdığı aşkarlanıb.

London Universitet Kollecindən biokimyaçı Nathan Davis, Çinli həkimlərin fərziyyələrini təkzib edib. O, qazlı içki içmək nəticəsində ölüm ehtimalının cüzi olduğunu bildirib. Onun sözlərinə görə, ölüm səbəbi bədənin içərisində qaz yığılmasına səbəb olan bakterial infeksiya ola bilərdi.

Oxunma sayı 651