1 300 abonent qazsız qalacaq

15:21 25.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Sumqayıt şəhərində 1 300 abonentin qazı kəsiləcək.

Hafta.az xəbər verir ki, bu barədə Sumqayıt QİS-dən məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhərinin 9-cu mikrorayonunda yerləşən balans 87-də ortatəzyiqli diametri 108 mm olan qaz xəttində sızmanın aradan qaldırılması ilə əlaqədar bu gün saat 15:30-dan etibarən, 1 300 abonentin qaz təchizatında fasilə yaranacaq.

Qeyd olunan ərazidə qaz təchizatının nə vaxt bərpa ediləcəyi açıqlanmayıb.