10 il evli qalanlara pulsuz torpaq sahəsi verilsin

10:30 10.07.2023 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Demoqrafik böhranla mübarizə aparmağa çalışan Rusiyada ailəni və uşaq dünyaya gətirməyi təşviq etmək üçün hər gün yeni tədbirlər və dəstək təklifləri gündəmə gəlir.

Hafta.az-ın yazdığına görə, bu dəfə Liberal Demokrat Partiyası Dumaya 10 il nikahda olan ailələrə pulsuz torpaq paylamağı təklif edib.

Partiyanın mətbuat xidmətindən verilən açıqlamada bildirilib ki, 10 ildən artıq rəsmi nikahda qalan və uşaq sahibi olan vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün pulsuz torpaq sahəsi təklif edilir.

Mövzu ilə bağlı qanun layihəsinin yaxın vaxtlarda Dumaya təqdim ediləcəyi bildirilir.

Bu arada, Nijni Novqorod şəhərində 25 ildən artıq evli olan 42 cütlük “sevgi və sədaqət” medalı ilə təltif edilib.