Yeni tədris ilinin başlanmasına sayılı günlər qaldığı bir vaxtda məktəbli geyimlərinə olan tələbatın artdığı müşahidə edilir.
Hafta.az xəbər verir ki, hazırda Bakı Tikiş Evi tərəfindən təxminən 100 min ədəd məktəbli forması istehsal olunub və tələbata uyğun olaraq əlavə istehsal da planlaşdırılır. Bakı Tikiş Evindən mərkəzin şöbə müdiri Etibar Əzimov bildirib ki, məktəbli formalarının əsas üstünlüklərindən biri onların təbii parçalardan hazırlanmasıdır:
“Bütün köynəklər 100 faiz pambıqdan, digər geyimlər isə 60 faiz yun və 40 faiz polyester qarışığından tikilir. Formalar Bakı Tikiş Evinin satış mərkəzlərində təqdim olunur və hər birinə 1 il zəmanət verilir. Hazırda 7 satış mərkəzimiz fəaliyyət göstərir”.
E.Əzimov onu da qeyd edib ki, məktəbli formalarının nə qədər istehsal olunub satışa çıxarıldığına dair dəqiq statistika payız aylarında, mövsüm yekunlaşdıqdan sonra müəyyənləşəcək.