11 il qonşu evdə yaşayıb - İTKİN QIZIN AİLƏSİNİN XƏBƏRİ BELƏ OLMAYIB

17:51 10.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2020-ci ilin fevralında Hindistanın kəndlərindən birində yaşayan 18 yaşlı Sacita itkin düşüb. Bu illər ərzində onun valideynləri qızlarının hara yox olmasından xəbər tuta bilməyiblər. Lakin 11 ildən sonra məlum olub ki, itkin qız elə 11 ildir ki, qonşu evdə yaşayır.

Hafta.az xəbər verir ki, qız könüllü şəkildə rəssam olan Rəhmanın ailəsi ilə birlikdə yaşadığı evinə köçüb. Lakin Rəhman sevdiyi qızı ailəsi ilə tanış etmək şansı qazanmayıb. Səbəb isə qızın ailəsinin başqa dinə sitayiş etməsi olub. Belə olan halda oğlan qızı özünün qalereyasında gizlədib.

Bu illər ərzində qız həmin otaqda qalıb və yalnız oğlanın ailə üzvüləri işə gedən zaman və ya gecə yarı çölə çıxıb. Plan işə yarayıb, hətta Rəhmanın ailə üzvülərindən kimsə onun otağında qızı saxladığından şübhələnməyib.

10 ildən artıq bir otaqda yaşayan qızdan xəbər tutulması isə Rəhmanın valideynləri ilə mübahisəsindən sonra baş verib. Oğlan evi tərk etdikdən üç ay sonra ailəsi polisə müraciət edərək Rəhmanı tapmalarını istəyiblər. Təsadüfən qardaşını görən kiçi Bəşir isə onu izləyərkən Sacitanı da görüb. Polis hər iki gəncə bir yerdə yaşamağa icazə verib. Lakin Rəhman hələ də qorxur ki, ailəsi başqa dinlərə mənsub olduqları üçün onları ayıra bilərlər.

 
Oxunma sayı 9537