“13 iyun ölkəmizin tarixində ən ağır günlərdən biridir” - Kaxa Kaladze

09:00 14.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tbilisinin meri Kaxa Kaladze munisipalitetin hökumətinin bugünkü iclasında doqquz il əvvəl baş vermiş faciəni yada salıb.

Hafta.az-ın yazdığına görə, paytaxt meri, 2015-ci ilin iyunun 13-ünün ölkənin və Tbilisinin tarixində ən ağır günlərdən biri olduğunu bildirib.

“Bu gün 13 iyundur – ölkəmizin və Tbilisinin tarixində ən ağır günlərdən biridir. Onlarla insanın həyatına son qoyan və bizi, sayəsində onlarla insanın xilas olduğu qəhrəmanlarla tanış edən gün. Bu ən ağır faciə bizə yeni Tbilisini kəşf etdirdi – minlərlə gənc birləşərək bütün şəhərin təsəllisinə çevrildi. Vəziyyətin nə qədər ağır olduğunu hamımız xatırlayırıq və səhər açılanda bütün Gürcüstan birləşdi və biz yan-yana bərpa işlərinə başladıq” deyən Kaxa Kaladze bildirib ki, hər şeyi, o cümlədən dağılan, pis vəziyyətə düşən infrastrukturu bərpa etmək olar, amma həlak olmuş həmşəhərliləri və həmvətənləri geri qaytarmaq mümkün deyil.

Oxunma sayı 385