13 şagirdə təcavüz edən məktəb direktorunun cəzası bəlli oldu

11:28 07.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İndoneziyanın Bandunq əyalətindəki məktəblərdən birində çoxsaylı seksual davranışlardan bezən valideynlərin şikayəti əsasında həbs olunmuş direkorun cəzası bəlli olub.

Hafta.az-ın yazdığına görə, məktəbin 36 yaşlı direktoru Herri Viradvan 2016 - 2021-ci illər ərzində 12-16 yaşlarında ümumilikdə 10-dan çox qız şagirdə qarşı seksual hərəkətlər edib. Valideynlərin şikayətindən sonra ciddi araşdırmalar başlanıb və bəlli olub ki, adıçəkilən direktor 13 qız şagirdə təcavüz edib. Həmin 13 nəfərdən 8-i hamilə qalıb, bəzi şagirdlər isə direktorun təcavüzü zamanı özünü müdafiə etmək istəyərkən ciddi xəsarət alıblar.

Məktəb direktoru haqqında yerli şəhər məhkəməsi ömürlük həbs cəzası qərarı versə də, prokurorlar bu hökmün çox yumşaq olduğunu əsas gətirərək Ali Məhkəməyə müraciət etmişdilər. Bu günlərdə İndoneziya Bandunq Ali Məhkəməsi cinayət işinə baxıb və məktəb direktoru haqqında ölüm hökmü çıxarıb.