140 milyon illik qayaları dağıdanlar məhkəməyə verildi

10:51 28.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın milli parkında 140 milyon illik qaya birləşmələrinə ziyan vurmaqda ittihamlanan iki Nevada sakini məhkəmə qarşısına çıxarılacaq.

Hafta.az-ın yazdığına görə, onların ərazidəki qədim qayalara zərər vurduqlarını əks etdirən video yayıldıqdan 4 ay sonra əraziyə baxış keçirilib.

37 yaşlı Uyatt Klifford Fayn və 31 yaşlı Devid Guy Kosper dövlət əmlakının zədələnməsinə və məhv edilməsində ittiham olunurlar.

ABŞ Ədliyyə Departamenti bildirib ki, şübhəlilər oktyabrda məhkəmə qarşısına çıxanda günahları sübuta yetirilərsə, onları 10 ilə qədər həbs cəzası gözləyir. Ədliyyə Departamentindən verilən açıqlamada, Fayn və Kosperin iddianamədə Redstone Dunes Trail yaxınlığındakı qayalıqdan böyük qədim qaya birləşmələrini uçuraraq min dollardan çox ziyan vurmaqda günahlandırıldığı bildirilib.

Lake Mead Milli İstirahət Bölgəsi Las Veqasdan təxminən 30 mil kənarda yerləşir və hər il təxminən 6 milyon ziyarətçi qəbul edir. İstirahət zonası təxminən 600 min hektara qədər nəfəs kəsən dağ mənzərələrini, kanyon yollarını, Nevada və Arizona sərhədi boyunca uzanan iki mühüm su anbarını əhatə edir.

İki ziyarətçinin qayaları zədələdiyi video bu ilin aprelində ortaya çıxanda böyük qəzəb doğurdu və istirahət zonasının sözçüsü Con Hayns dedi: "Niyə belə gözəl əraziyə zərər vurursunuz? Bu, mənim videolarımdan biridir. Onlar parkın gözoxşayan görüntüsünü məhv edirlər. Onları başa düşmürəm".

İttihamları rədd edən Fayn və Kosper oktyabrın 8-də məhkəmə qarşısına çıxarılacaq.