17 erkən nikahın qarşısı alınıb - Bahar Muradova

11:47 19.07.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Uşaq məsələləri sahəsində cari ildə 6 layihə üzrə 29 konfrans, seminarlar keçirilib. Bütün regionları gəzib uşaqlarla görüşlər keçirilir. 2000 uşağın iştirakı ilə tədbir keçirilib”.

Hafta.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə bildirib.

Komitə sədri bildirib ki, 6 ay ərzində uşaq və ailələrə dəstək layihələri çərçivəsində 2515 nəfər bilavasitə bundan bəhrələnib.

O, bildirib ki, regionlarda 11 Uşaq və ailələrə dəstək mərkəzləri yaradılıb ki, mərkəzə 1608 müraciət daxil olub.

“Mərkəzlər tərəfindən verilən məlumatlarda erkən nikahla bağlı məsələlər xüsusilə diqqət çəkib. 17 erkən nikahın qarşısı alınıb. Ailələrin cəhdlərinə baxmayaraq bu proses davam edir”.

B.Muradova eyni zamanda Komitənin  “Açıq qapı” günlərinin keçirildiyini önə çəkib. O, 6 ay ərzində 4 açıq qapı layihəsinin keçirildiyini deyib.