17 yaşlı oğlan babasının evində intihar etdi

14:46 20.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcəbədidə 17 yaşlı oğlan intihar edib.

 

Hafta.az məlumatına görə, Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Abbas Tağızadə Ağcəbədi rayonunda yaşayan babası evinə qonaq gələrək, orada həyatına son qoyub.

 

Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.