18 qanunda 174 maddə üzrə 223 adda terminoloji dəyişiklik olacaq - Adil Vəliyev

17:06 18.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Kütləvi informasiya vasitələri” sözləri “media” sözü, “veriliş” sözü “proqram” və ya “yayım” sözləri, “teleradio verilişləri təşkilatları” sözləri isə “televiziya və radio yayımçıları” sözləri ilə əvəzlənir”.

Milli Məclisdən hafta.az-a verilən məlumata görə bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclasda “Media haqqında” 2021-ci il 30 dekabr tarixli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib.

A.Vəliyev bildirib ki, qanun layihəsi “Media haqqında” Qanuna uyğunlaşdırma məqsədilə 18 qanunda 174 maddə üzrə 223 adda terminoloji dəyişikliyi özündə ehtiva edir.

Sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.