19 cinayətin üstü açılıb

12:14 08.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də 19 cinayətin üstü açılıb. 

Hafta.az xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, onlardan 2 əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 9 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 5 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir