2 həftəlik yay məktəbləri təşkil ediləcək - Nazir

22:21 31.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla yay məktəbləri təşkil ediləcək.

 

Hafta.az xəbər verir ki, bu barədə özünün "Facebook" səhifəsində təhsil naziri Emin Əmrullayev yazıb:

 

"Təhsil Nazirliyi tərəfindən iyun ayında yay məktəblərinin təşkilinə dair keçirilmiş sorğuda 44% iştirakçı bu təşəbbüsü dəstəkləmişdir. Şagirdlərimizin pandemiya dövründə üzləşdikləri çətinlikləri aradan qaldırmaq üçün 16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla ümumi təhsil müəssisələrində 2 həftəlik yay məktəbləri təşkil ediləcək. Pandemiya dövründə "itirilmiş öyrənmə"ni bərpa etmək üçün digər təşəbbüslərimiz də olacaq. Sorğuda iştirak etdiyiniz üçün təşəkkür edirəm".