2020-ci ildə bizi möcüzə xilas etdi – Paşinyandan növbəti etiraf

15:08 25.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ermənistanı daim qarşıdurma şəraitində yaşamağa çağıran insanlar onun mövcudluğunu şübhə altına alırlar. Bunu baş nazir Nikol Paşinyan Ermənistan hökumətində keçirdiyi mətbuat konfransında deyib.

Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına qarşı müxalifət hərəkatına münasibət bildirmək istənildikdə, Paşinyan şərh verməkdən çəkinəcəyini deyib

"Mən kiminsə istəklərini və ya fikirlərini qiymətləndirmək istəmirəm ", - baş nazir bildirib.

"Səhvlərindən dərs almış bir şəxs, öhdəlikləri olan bir məmur kimi deyə bilərəm: əgər kimsə deyirsə ki, Ermənistan qarşıdurma rejimində yaşamalıdır, o, əslində dövlətin mövcudluğunu şübhə altına qoyur. Mən demirəm ki, bu insanlar bunu istəyir, amma nəticəsi belə olacaq", - Paşinyan əlavə edib.

Onun sözlərinə görə, 2020-ci il müharibəsi zamanı Ermənistan az qala möcüzəvi şəkildə öz dövlətçiliyini xilas etdi, lakin bu məntiqlə yaşamaq ölkəni ölümə məhkum etmək deməkdir.

Siyasət rubrikasından digər xəbərlər