2023-cü ildə Bitcoin 250.000 dollar olacaq - Proqnoz

20:06 05.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Bitcoin rəqəmsal valyutası 2023-cü ilin birinci yarısında bir sikkə üçün 250.000 dollara qədər bahalaşa bilər. Bu proqnozu CNBC kanalının saytında sitat gətirən amerikalı vençur investoru və Draper Fisher Jurvetson-un təsisçisi Tim Draper verib.

Draper kriptovalyuta bazarındakı çətin vəziyyətə baxmayaraq, müvafiq mövqeyi ifadə edib. Hələ aprel ayında qabaqcıl rəqəmsal valyuta 39,73 min dollara təklif olunurdu və Binance birjasının məlumatına görə, dekabrın 5-də saat 18:10-da 17,129 dollara enib. 2021-ci ilin noyabrında bitkoinin qiyməti 67,5 min dolları keçib.

Keçən həftə Avropa Mərkəzi Bankının (ECB) Ödəniş İnfrastrukturunun baş direktoru Ulrich Bindseil və müşaviri Jürgen Schaaf öz icmallarında bitkoinin 20.000 dollara yaxın möhkəmlənməsinin rəqəmsal valyutanın son nəfəsi olduğuna dair fikirlərini ifadə etdilər.

Oxunma sayı 1652