Yazını böyüt
Yazını kiçilt
“Azərbaycan 2026-cı ildə Ermənistanla sülh müqaviləsi imzalamağı gözləyir”.
Hafta.az-ın yazdığına görə, bunu Cenevrədə jurnalistlərə açıqlama verən Prezidentin Xüsusi Tapşırıqlar üzrə Nümayəndəsi Elçin Əmirbəyov deyib.
“Bu il tarixi bir ildir. 30 illik münaqişə nəhayət ki, başa çatdı və biz sülhə nail olmağa çox yaxınıq. Vaşinqtonda avqust ayında keçirilən sammit bizə iki tərəfin sülh müqaviləsinə riayət etmək niyyətini və bütün ölkələrin ortaq istəyi ilə regional inkişafda yeni bir fəsil açmaq əzmini bir daha təsdiqləməyə imkan verdi. Sülh müqaviləsini yekunlaşdırdıq. Gələn il də vacibdir: ümid edirik ki, Ermənistanla sülh müqaviləsini rəsmiləşdirəcəyik”.