Peruda axtarış-xilasetmə qrupları 22 il əvvəl yoxa çıxan alpinistin cəsədini tapıb.
Hafta.az-ın “CBS News”a istinadən yazdığına görə, amerikalı alpinist Uilyam Stampfl 2002-ci ilin iyununda Perunun 4-cü ən hündür dağı olan Huaskarana dırmaşmağa getdikdən sonra ondan xəbər alınmırdı. 59 yaşlı alpinist və komandası And dağlarında 6700 metrlik dağa qalxarkən qar uçqunu altında qalıb.
Peru polisinin bazar ertəsi verdiyi açıqlamaya görə, Stampflın cəsədinin bölgədəki buzların əriməsi zamanı aşkar edilib. Bildirilib ki, Stampflın cəsədi, paltarı, dırmanma alətləri və çəkmələri soyuq örtük sayəsində yaxşı qorunub.
Polis axtarış-xilasetmə qruplarının cəsədin üzərində pasport tapdığını və bununla da alpinistin kimliyini təsdiqlədiyini bildirib.
Huaskaran və Kaşan kimi qarlı zirvələrin yerləşdiyi Perunun şimal-şərqindəki dağlara dünyanın hər yerindən alpinistlər gəlir.
Ötən ay eyni ərazidə 35 yaşlı italyan alpinist Tomas Françininin cəsədi tapılmışdı. Bildirilib ki, alpinist dırmaşarkən yıxılaraq dünyasını dəyişib.
May ayında israilli alpinistin cəsədi itkin düşəndən təxminən bir ay sonra tapılmışdı.