Yazını böyüt
Yazını kiçilt
Çində görənləri heyrətə salan evlilik olub. Hebei əyalətində qocalar evində könüllü işləyən 23 yaşlı qız qocalar evinin 80 yaşlı sakini olan kişini sevdiyini deyib.
Hafta.az-ın yazdığına görə, ikisi tezliklə sevgilərinin qarşılıqlı olduğunu başa düşüblər. Amma gənc qızın ailəsi evlənməyə qərar verən cütlüyə qarşı çıxıb.
Reaksiyalar tərəflər arasında 57 yaş fərqinə görə artıb.
Gənc qız kişinin “yetkinliyinə və müdrikliyinə” aşiq olduğunu bildirib.
Qızın ailəsi ilə əlaqələrini kəsdiyi və cütlüyün sadə toyda evləndiyi bildirilib.