28 May - Respublika günü ictimai nəqliyyat işləyəcək - Rəsmi

15:06 26.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

28 May - Respublika günü ölkə ərazisində ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılmayacaq.

 

Bu barədə hafta.az-a Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

 

İ.Məmmədov qeyd edib ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, mayın 28-də Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkətinin dayandırılması nəzərdə tutulmayıb.