3 gün öncə uşaq dünya gətirən 24 yaşlı qadın öldü

17:51 06.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdədə əməliyyat zamanı 24 yaşlı qadın ölüb.

Hafta.az Trend-ə istinadən xəbər verir ki, 3 gün öncə Bərdə rayon mərkəzi xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirən qadın evə buraxılıb.

Evdə səhəti pisləşən 1999-cu il təvəllüdlü Əlizadə Nəsibə Canpolad qızı yenidən xəstəxanaya müraciət edib. Müayinələrdən sonra əməliyyata götürülən N.Əlizədə əməliyyat zamanı vəziyyəti ağırlaşıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.