Dünən 36 kiloqramdan artıq narkotik vasitə aşkar olunub

09:59 11.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 10-da ümumi çəkisi 36 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqrama yaxın heroin, 33 kiloqramdan artıq marixuana, 400 qrama yaxın metamfetamin olub.

Bundan başqa, iyulun 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 11 ton 770 kiloqram çəkidə 22487 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.