Yazını böyüt
Yazını kiçilt
Bakının Sabunçu rayonunda internat məktəbinin həyətində bir nəfər bıçaqlanıb.
Hafta.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində yerləşən 293 saylı orta məktəbin həyətyanı sahəsində qeydə alınıb.
2004-cü il təvəllüdlü Hüseynov Şamil Amil oğlu tanışı ilə dava zamanı bıçaqlanıb. Onun qollarına 4, döş qəfəsi nahiyyəsinə 1 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisəni törədən şəxsin axtarışı aparılır. /Teleqraf.az/