DİN: Şübhəli bilinən 45 nəfər saxlanılıb

09:50 11.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 10-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Hafta.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ötən gün axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Polis əməkdaşlarının iyulun 10-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Ötən gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.